Ucar rayonunun Müsüslü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 5-də saat 19 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Yevlax rayon sakini C.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Kürdəmir şəhər sakini Seymur Mehdiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB