Hindistanda aviaqəza baş verib

Hindistanın şimal-qərbində yerləşən Racasthan ştatında aviaqəza baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Sərhəd Təhlükəsizliyi Qüvvələrinə məxsus "Chetak" markalı helikopter Qandinahar şəhərindən Codhpur şəhəri istiqamətində uçarkən Sirohi rayonunun Fatehpur yaşayış məntəqəsi yaxınlığında yerə çırpılıb.

Nəticədə helikopterin pilotu və 3 sərnişin ölüb. Hadisə zamanı helikopterin göyərtəsində digər şəxslərin olmadığı bildirilir. Ərazidə müvafiq işlər görülüb. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə