Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini E.Abdullayevdən 1 kiloqramdan artıq heroin götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə