Oğurluğa görə tutuldu, başqa cinayətləri də üzə çıxdı

Oğurluğa görə tutuldu, başqa cinayətləri də üzə çıxdı

Oğurluq etdiyinə görə tutulmuş N.Behbudovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş N.Behbudovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi, Binəqədi RPİ 6-cı və 43-cü Polis bölmələrinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisindəki 2 evdən ümumilikdə 150 manat pul və 80 manat dəyərində qızıl üzük, gümüş üzük və boyunbağı oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə