Keçmiş məhkumlar mağazanı qarət etdi

Keçmiş məhkumlar mağazanı qarət etdi

Nərimanov rayonu ərazisindəki mağazaların birindən oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 3-də saat 14 radələrində Nərimanov rayonu ərazisindəki mağazaların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən həmin mağazadan 1500 manat dəyərində 4 ədəd kompyüter oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.İsmayılov və Z.Musayev saxlanılaraq 18-ci Polis Şöbəsinə təhvil veriliblər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə