Şəkidə yanğın

Şəki rayonunun Küdürlü kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və 2 otağının tavanı 50 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə