Abşeronda fərdi evin daş hasarı vətəndaşın üzərinə aşıb

Abşeronda fərdi evin daş hasarı vətəndaşın üzərinə aşıb

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Yeni Massivdə qeydə alınıb.

1961-ci il təvəllüdlü Babayev Valeh Xanoğlan oğlu küçə ilə hərəkət edərkən fərdi yaşayış evinin daş hasarı uçub. V.Babayev daş hasarın altında qalıb.

O xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, V.Babayev xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə