Bakının Sabunçu rayonunda 48 yaşlı kişi bıçaqlanıb

Bakının Sabunçu rayonunda 48 yaşlı kişi bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.

SİA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

Naməlum şəxs küçədə hərəkət edən 1972-ci il təvəllüdlü Cəfərov İlham Feyzulla oğluna bıçaqla hücum edib.

İ.Cəfərov bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə