Ağdamda “VAZ” markalı minik avtomobili ilə toqquşan mikroavtobus yanıb

Ağdamda “VAZ” markalı minik avtomobili ilə toqquşan mikroavtobus yanıb

Ağdam rayonunun Eyvazlı kəndində “VAZ” markalı minik avtomobili və "QAZel" markalı mikroavtobus toqquşub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, nəticədə "QAZel" markalı mikroavtobusun yanacaq çəni yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə