Narkotik üstündə tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mingəçevir şəhər sakini R.Aslanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş R.Aslanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 480 qram marixuana götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə