Keçmiş məhkum soyğunçuluq etdiyinə görə tutuldu

Keçmiş məhkum soyğunçuluq etdiyinə görə tutuldu

Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Ələkbərova qarşı quldurluq törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Rəhimov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Ələkbərovu bıçaqla hədələyib 300 manat dəyərində mobil telefonunu, içərisində pul, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabısını, həmçinin içərisində 80 manat dəyərində geyim əşyaları olan çantasını quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Rəhimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə