Gəncə şəhəri ərazisində bir neçə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən U.Bağırlı saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki 1 evin zirzəmisindən məişət əşyaları, 3 evin girişindən su mühərriki, 2 avtomobildən isə 300 manat dəyərində maqnitofon və 60 manat dəyərində akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş U.Bağırlı saxlanılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB