Bakıda iki avtomobil toqquşdu: ölən və yaralılar var

Bakıda iki avtomobil toqquşdu: ölən və yaralılar var

Nəsimi rayonunun A.Salamzadə küçəsində “Mercedes” və “Toyota” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 1-də saat 20 radələrində Nəsimi rayonunun A.Salamzadə küçəsində Laçın rayon sakini Ehtiram Qarayevin idarə etdiyi “Mercedes” və Goranboy rayon sakini K.Şirinovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Nəticədə E.Qarayev hadisə yerində ölmüş, 5 sərnişini, eləcə də digər sürücü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə