Paytaxtın Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb

Paytaxtın Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb
Paytaxtın Nizami rayonunda dava düşüb, xəsarət alan var. SİA xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının girişində baş verib. Məmmədov İlkin Elşən oğlu dostu ilə mübahisə edib. Mübahisə zamanı İ.Məmmədov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Fakt Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə