ABŞ-da Missisipi çayı daşa bilər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, daşqının qarşısını almaq üçün Amerika hərbçiləri Missisipi çayının şlüzlərini açmağa başlayıblar. Artıq Luiziyana ştatında yerləşən Morqanza bəndi açılıb. ABŞ ordusunun mühəndis korpusunun nümayəndələri bəndin nəzarət altında saxlandığını və oradan suyun tədricən boşaldılacağını bildirirlər.
İri şəhərlərdə daşqının qarşısını almaq məqsədilə görülən tədbir bir neçə həftəliyə 8000 kv.km ərazini su altında qoysa da, Yeni Orlean, Baton-Ruc kimi iri şəhərlərdə daşqın olmayacaq. Region rəhbərliyi artıq 25 minə yaxın adam üçün müvəqqəti sığınacaq da hazırlayıb. Buraya Morqanza bəndinin açılması ilə əlaqədar öz evini tərk edən sakinlər yerləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB