Sakit okeanda zəlzələ baş verib. SİA-nın məlumatına görə, Avstraliya qitəsinin şimalındakı ada ölkəsində 6,5 bal gücündə zəlzələ meydana gəlib. ABŞ-ın Geoloji Araşdırmalar təşkilatının səlahiyyətliləri bildirib ki, zəlzələnin mərkəzi Aravanın 122 kilometr qərbində, 43 kilometr dərinlikdədir.
Qeyd edək ki, Sakit okean Tsunami Xəbərdarlıq Mərkəzi məsələ ilə bağlı açıqlama verib: \"Baş verən zəlzələ nəticəsində elə də ciddi ziyan olmayıb. Əslində zəlzələnin 6,5 bal gücündə olması tsunami təhlükəsinə səbəb olub. Lakin qeyd edək ki, araşdırmalarımız nəticəsində belə bir təhlükənin nəzərə alınmadığını aşkar etmişik\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB