Sürücü avtomobili divara çırpdı, sərnişin həyatını itirdi

Balakən rayonunun Katex kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 29-da saat 2 radələrində Balakən rayonunun Katex kəndi ərazisində kənd sakini Y.Nəbiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə avtomobildəki sərnişin Tofiq Mikanayev hadisə yerində ölmüş, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə