Masallı rayonunun Ərəb kəndində ümumi sahəsi 75 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə və damına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə