Ağdaş rayonunun Xosrov kəndi ərazisində "VAZ-21154" markalı avtomobil aşıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 28-də saat 1 radələrində Ağdaş rayonunun Xosrov kəndi ərazisində Göyçay rayon sakini Elmin Seyidov idarə etdiyi "VAZ-21154" markalı avtomobili aşırmış və sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə