Maşınla vurulan piyada xəstəxanada öldü

Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində "Daewoo" markalı avtobusla yolu keçən qəsəbə sakini M.Həsənalıyev vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 27-də saat 21 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Məmmədov idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən qəsəbə sakini Müşfiq Həsənalıyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə