İki rayonda maşına yığılan 34 ton xurma yandı

Qusarda yük avtomobilinin qoşqusuna yığılan meyvələr yanıb. SİA FHN-in saytına istinadla bildirir ki, rayon ərazisində "DAF" markalı yük avtomobilinin qoşqusunda ümumi çəkisi 22 ton olan xurma yığılan 200 ədəd plastik tara yanıb. Məhsulun qalan hissəsi və avtomobil yanğından mühafizə olunub.

Digər oxşar hadisə Şəmkirdə baş verib. Rayonun Kür qəsəbəsində "КамАЗ" markalı yük avtomobilinin banında ümumi çəkisi 12 ton olan xurma yığılan 100 ədəd taxta tara yanıb. Məhsulun qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə