Bakıda dönərxanadan oğurluq edildi

Xətai rayonunun Babək prospektindəki dönərxanaların birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-nə keçən gecə Babək prospektindəki dönərxanaların birindən 100 manat pul, 650 manat dəyərində samovar, dönər aparatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə