Bakıda avtomobildən oğurluq edildi

Xəzər rayonu ərazisində bir avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən Z.Abdullayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisində bir avtomobildən 400 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Abdullayev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə