Sumqayıtda 3 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Oktyabrın 24-də şəhərin Sülh küçəsində yolu keçmək istəyən 1939-cu il təvəllüdlü Əliyev Yusif Məhəmmədəli oğlunu avtomobil vurub.

SİA xəbər verir ki, mxtəlif xəsarətlər alan 81 yaşlı kişi Bakıda xəstəxanalardan birinə yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Y.Əliyev bu gün ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə