Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs tutuldu

Soyğunçuluq etməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ə.Əsədov müəyyən edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə oktyabrın 19-da Mərdəkan qəsəbəsi ərazisində bir nəfərin Bakı şəhər sakini olan yeniyetməyə zor tətbiq edərək mobil telefonunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ə.Əsədov müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 20-də həmin ərazidə digər bir yeniyetmənin də eyni üsulla mobil telefonunu alması da müəyyən edilib.
Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...