Avtomobil qaçıran keçmiş məhkum tutuldu

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini S.Kazımov müəyyən edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Məmmədov oktyabrın 11-dən 22-dək olan müddətdə H.Seyidzadə küçəsindəki avtomobillərin təmiri sexlərinin birindən “QAZ-21105” markalı avtomobilinin qaçırıldığını bilidirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Kazımov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə