Qəbələdə piyada faciəvi şəkildə öldü

Qəbələ rayonunun Böyük Əmilli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 22-də saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmilli kəndi ərazisində Dızaxlı kənd sakini Z.Babaşov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Ramin Dursunzadəni vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə