Bakının Sabunçu rayonunda 7 yaşlı uşağı maşın vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

2013-cü il təvəllüdlü Adıyev Kamil Mehman oğlu qəfil yola çıxıb. Bu zaman onu "KİA" markalı avtomobil vurub.

Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə