Ötən gecə 01:30 radələrində Hacıqabul rayonu ərazisində yük maşını aşıb. SİA-nın Aran bürosuna məlumat verən BDYP alayının 7 tağımının inispektoru Məmmədovun açıqlamasına görə, sürücü İmişli rayon sakini, 1960-cı il təvəllüdlü Əhmədov Camal Qurbanxan oğlunun idarə etdiyi "KamAZ" markalı 30 BD 104 dövlət nömrə nişanlı yük maşını ilə Bakı-Qazax yolunun 115-ci kilometrliyində hərəkət edərkən qarşıdan gələn maşının işığının gözünə düşməsi nəticəsində idarəetməni itirib və yolun əks tərəfinə aşaraq nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov, Aran bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB