Nəsimi rayonu ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 21-də saat 13 radələrində Nəsimi rayonu ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən şəxs ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

20-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini M.Mirzəyev olduğu müəyyən edilmişdir. Ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 8-də həmin mağazadan 260 manat dəyərində ərzaq məhsulları və spirtli içki oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə