Qəbələdə avtomobil piyadanı vurub öldürdü

Qəbələ rayonunun Zarağan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 20-də saat 18 radələrində Qəbələ rayonunun Zarağan kəndi ərazisində Soltanmuxa kənd sakini A.Baxışlı idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən Şərafəddin Qafarovu vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə