Avtomobillərdən oğurluq edən şəxslər yaxalanıb

Avtomobillərdən oğurluq edən şəxslər yaxalanıb

Mayın 10-da C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Cahangir Həsənova məxsus "VAZ-2107" markalı avtomobildən şüşəni sındırma yolu ilə maqnitafon oğurlanıb. Nərimanov RPİ 16-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ülvi Musayev mayın 13-də yaxalanmış və ondan 0,265 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 11-də Ramiz Quliyev, Feyruz Qarayev və Nicat Çobanov Dərnəgül qəsəbəsində Bakı şəhər sakini Elvin Rəhimova məxsus "Mercedes" markalı avtomobildən şüşəni sındırma yolu ilə 3445 manat oğurladıqları üçün Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən mayın 13-də tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə