Mayın 13-ü saat 14 radələrində Qala-Pirallahı yolunda Bakı şəhər sakinləri İmamverdi Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Rahil Rüstəmovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdirilib, "VAZ-2106" markalı avtomobilin sərnişini Allahverdi Əhmədov hadisə yerində ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 13-ü saat 23:30 radələrində Nobel prospektində Bakı şəhər sakini İlkin Mirzəyev idarə etdiyi "BMW" markalı avtomobillə idarəetməni itirərək yolun kənarındakı hasara vurmuş, nəticə özü və sərnişini Vüsal Soltanov KTM-ya yerləşdiriliblər. Digər sərnişin Rasim Babayev hadisə yerində ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB