Rusiyanın Nijnıy Novqorod vilayətində yerləşən "Rumyançev" qəbirstanlığında müsəlman qəbirləri təhqir olunub. SİA-nın "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, vəhşiliyi törədənlər qəbirin baş daşlarını sındırıb üzərində müxtəlif şəkillər çəkiblər. Müsəlman qəbiristanlığında 24 başdaşı təhqir olunub.
Yerli müsəlmanların müraciətindən sonra araşdırma aparan vilayətin hüquq-mühafizə orqanlarının əməkdaşları vəhşiliyi törədənləri tapıblar. Onlar vilayətdə yaşayan və "Skinxed"kimi tanınan qruplaşmanın üzvləridir. Tutulanlar yeniyetmə olduqlarına görə, onları çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulan təcridxanaya təslim ediblər.
Qeyd edək ki, bu ilk fakt deyil. Belə ki, Sormoskiy rayonun ərazisində yerləşən "Novosormovskiy" qəbirstanlığında da analoji hal törədilmişdi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB