Sibir bölgəsində meşə yanğınları gün ərzində 6 dəfə çoxalıb

Sibir bölgəsində meşə yanğınları gün ərzində 6 dəfə çoxalıb


Rusiyanın Sibir bölgəsində meşə yanğınları gün ərzində 6 dəfə çoxalıb. SİA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, hazırda 78 iri yanğın ocağı qeydə alınıb. Alov 923 hektar ərazini öz cənginə alıb. Meşə yanğınlarının baş verməsinə səbəb kimi isə insan amili göstərilir. Alovun qarşısını almaq üçün 1000-dən çox adam və 300-ə yaxın texnika cəlb olunub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi bildirib ki, Uzaq Şərqdə son sutkalar ərzində meşə yanğınlarının sahəsi 5000 hektar artıb. Sverdlovsk, Bryansk, Voronej, Moskva və Yaroslav vilayətlərində vəziyyətin xüsusilə ağırlaşacağı proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə