3 avtomobildən oğurluq edilib

Sabirabad rayon sakinlərinə məxsus 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Kərimov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-dan 11-nə kimi olan müddətdə rayon sakinlərinə məxsus 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Kərimov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə