Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun Xətai rayonunun Babək prospektindəki marketlərin birindən də oğurluq törətməsi müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Babək prospektindəki marketlərin birindən 500 manat pul və 850 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB