Babək rayonunun Yarımca kəndi ərazisində "VAZ-2106" markalı avtomobillə rayon sakini A.Hümbətov vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 10-da saat 17 radələrində Babək rayonunun Yarımca kəndi ərazisində Kərimbəyli kənd sakini R.Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən rayon sakini Aftandil Hümbətovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 11-də orada ölüb.
Babək RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB