Bakı şəhər sakini H.Novruzovun “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən C.Sadıqov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nizami RPİ-nin 23-cü Polis Bölməsinə oktyabrın 11-də Babək prospektindən Bakı şəhər sakini H.Novruzovun “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Sadıqov qısa müddətdə müəyyən edilərək rayon ərazisində polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB