Hacıqabul rayonunun Qarasu kəndi ərazisində “Ravon” markalı avtomobil aşıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 6-da saat 13 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Bərdə rayon sakini E.Mehdiyev idarə etdiyi “Ravon” markalı avtomobili aşırıb. Nəticədə xəsarət almış sərnişinləri anası Şükufə və həyat yoldaşı xəstəxanaya yerləşdirilmiş, Ş.Mehdiyeva orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB