İspaniyada zəlzələ qurbanlarının sayı artır

İspaniyada zəlzələ qurbanlarının sayı artır

İspaniyada zəlzələ qurbanlarının sayı artır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, artıq 20 nəfər ölüb, 167 insan xəsarət alıb. Ümumilikdə, zəlzələ nəticəsində azı 10 min insanın zərər çəkdiyi bildirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə bölgəsindən 10 min insanın təxliyəsi həyata keçirilib. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Mövcud vəziyyətlə əlaqədar Mursiya vilayətində fövqəladə vəziyyət elan olunub.

 

Qeyd edək ki, İspaniyada yeraltı təkanların gücü 5,1 bal təşkil edib. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, zəlzələnin episentri İspaniyanın cənub-şərqində yerləşən Mursiya şəhərindən 50 km cənub-qərbdə qeydə alınıb. Nəticədə Lorka şəhəri yaxınlığında bir sıra tikili tamamilə və ya qismən dağıntıya məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə