Avtomobil oğrusu ələ keçdi

Mingəçevir şəhər sakini C.Novruzova məxsus avtomobili qaçırmaqda şübhəli bilnən Z.Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Mingəçevir ŞPŞ-yə müraciət edən şəhər sakini C.Novruzov oktyabrın 3-də şəhər ərazisindən “Ford” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Z.Hüseynov tərəfindən qaçırılması müəyyən edilmişdir. O, avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə