Avtomobil səkiyə çırpıldı: ölən var

Avtomobil səkiyə çırpıldı: ölən var

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 4-də saat 15 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini R.Göyüşov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə R.Göyüşovun sərnişini, həyat yoldaşı Xanım aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə