Avtomobil ağaca çırpıldı, sürücü öldü

Avtomobil ağaca çırpıldı, sürücü öldü

Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 4-də saat 18 radələrində Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində qəsəbə sakini Səxavət Muradxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurmuş və sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə