Neftçala rayonunda qısqanclıq zəminində qətil hadisəsi baş verib. Neftçala Prokurorluğundan SİA-nın Aran bürosuna verilən məlumata görə, rayon sakini M. Rəsulzadə küçəsi ev 12-də yaşayan 1983-cü il təvəllüdlü İsgəndərov Vurğun Zakir oğlu həyat yoldaşı Əliyeva Mədinə İsmayıl qızını küt alət olan linglə başına 3 dəfə zərbə endirərək qətlə yetirib.
Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB