Avtomobil oğrusu tutuldu

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qafarov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə oktyabrın 1-nə keçən gecə rayon ərazisindən Göyçay rayon sakini A.İsmayılova məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qafarov Sabunçu rayonu ərazisində saxlanılıb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə