Xəzər rayon sakini N.Cəfərovun “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən A.Quliyev avtomobillə birgə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Cəfərov sentyabrın 30-da saat 1 radələrində “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin N.Cəfərovun evində qonaq olan A.Quliyev tərəfindən qaçırılması müəyyən edilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Quliyev həmin gün saat 2 radələrində avtomobillə birgə polis əməkdaşları tərəfindən qəsəbə ərazisində saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə