Keçmiş məhkum evdən və aptekdən oğurluq etdi

Abşeron rayonu ərazisindəki 1 evdən qızıl-zinət əşyaları və 1 aptekdən pul oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini O.Ağayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 11-dən martın 27-dək olan müddətdə rayon ərazisindəki 1 evdən 1910 manat dəyərində qızıl-zinət əşyaları və 1 aptekdən 743 manat pul oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağayev saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə