Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 250 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə, içərisinə yığılan 20 ton ot bağlamasının 7 tonu və yaxınlıqda dayanan " ГАЗел" markalı yük avtomobilinin kabinə hissəsi qismən yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tikilinin, ot bağlamalarının və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə