Sumqayıtda transformatordan meyit tapılıb

Sumqayıt şəhərinin 9-cu məhəlləsində çəxsiyyəti məlum olmayan cəsəd tapılıb. SİA xəbər verir ki, cəsəd Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həyətində yerləşən transformatorun daxilində aşkarlanıb. Meyit tanınmaz halda olduğundan şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Meyit aidiyyəti üzrə təhvil verilib və aparılan ekspertizadan sonra cinsiyyəti müəyyən ediləcək. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə